Modern.az

Qərbi Kaspi Universitetində kulturoloji seminar keçirilib

Qərbi Kaspi Universitetində kulturoloji seminar keçirilib

25 Dekabr 2017, 10:25

Qərbi Kaspi Universitetində Azərbaycan Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş “Kulturologiya və güclü dövlət” mövzusunda kulturoloji seminar keçirilib.

 

Modern.az xəbər verir ki, Qərbi Kaspi Universiteti, Azərbaycan Mədəniyyət Assosiasiyası və Azərbaycan Kulturoloqlar Cəmiyyəti tərəfindən təşkil olunan seminarda mövzu ilə bağlı çıxışlar dinlənilib, fikir mübadiləsi aparılıb.

 

Kulturoloq, “Simurq” AMA-nın prezidenti Fuad Məmmədov “Kulturologiya, mədəniyyət və güclü dövlət” mövzusunda çıxış edib, kulturologiyanın milli inkişaf üçün strateji əhəmiyyəti nəzərdən keçirilib. Daha sonra “ADR-da dini və etnik xüsusiyyətlərin tənzimlənməsi dövlət siyasəti”, "Güclü dövlətin formalaşmasında ənənələrin rolu",  “Mədəniyyət və milli təhlükəsizlik”, " ADR-nın mədəni quruculuq sahəsindəki tədbirləri" mövzularında mühazirələr dinlənilib.

 

 

Tədbir mövzu ilə bağlı Dəyirmi masa ilə davam edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər