Modern.az

İmtahanlarda qayda pozuntularına yol verən 205 nəzarətçi müəllim bazadan xaric edilib

İmtahanlarda qayda pozuntularına yol verən 205 nəzarətçi müəllim bazadan xaric edilib

25 Dekabr 2017, 11:01

Bu il Dövlət Imtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlarda müxtəlif qayda pozuntularına, eləcə də köçürmə hallarına yol verən 205 nəzarətçi müəllim bazadan xaric edilib.

 

Modern.az-ın məlumatına görə, bunu bu gün DİM  Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dövlət qulluğuna qəbul imtahanlarında uğur qazanan şəxslərə sertifikatın təqdim edilməsi mərasimində çıxış edərkən deyib.

 

O bildirib ki, DİM-in  keçirdiyi müxtəlif təyinatlı imtahanlara nəzarətçi kimi cəlb edilən müəllimlərin imtahan prosesində öz səlahiyyətləri çərçivəsində fəaliyyətləri hər il qəbul kampaniyasının sonunda təhlil olunur.

 

M.Abbaszadə qeyd edib ki , araşdırmanın nəticələrinə əsasən, nümunəvi fəaliyyətinə görə 1000 nəzarətçi müəllimə təşəkkür elan edilib, o cümlədən 15 nəzarətçi müəllimin, 5 imtahan rəhbərinin fəxri fərmanla təltif edilməsi barədə qərar qəbul olunub.

 

Bu il ərzində müxtəlif qayda pozuntularına, eləcə də köçürmə hallarına yol verən 205 nəzarətçi müəllim bazadan xaric edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər