Modern.az

Milli Məclisdə konfrans keçirilir

Milli Məclisdə konfrans keçirilir

25 Dekabr 2017, 11:05

Milli Məclisdə “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında Parlamentin rolu” mövzusunda konfrans keçirilir.

 

Modern.az xəbər verir ki, tədbirdə Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, Baş nazirin müavini Əli Əhmədov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Parlamentin Səhiyyə komitəsinin Əhliman Əmiraslanov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə çıxış edəcəklər.

 

Qeyd edək ki, Azərbaycan BMT-nin üzvü olan dövlətlərin 2015-ci ilin 25–27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub. Qarşıya qoyulmuş məqsəd və hədəflər dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə etməklə, Minilliyin İnkişaf Məqsədlərinə əsaslanır və növbəti inkişaf istiqamətlərini müəyyənləşdirir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər