“2015-ci ildə BMT tərəfindən dünyamızı dəyişdirmək üçün 2016–2030-cu illəri əhatə edən qlobal layihə hazırlanıb. Azərbaycan da bu layihəyə qoşulub. Layihənin əsas məqsədi dünyada sosial-iqtisadi cəhətdən, eyni zamanda ətraf mühitin yaxşılaşdırılması və digər istiqamətlərdə köklü dəyişiklik etməkdir”.
Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, baş nazirin müavini Əli Əhmədov Milli Məclisdə “Dayanıqlı İnkişaf Məqsədlərinə Nail olunmasında parlamentin rolu” adlı konfransda açılış nitqi ilə çıxış edərkən deyib.
O bildirib ki, bu layihə bütün sferaları özündə ehtiva edir.
“Eyni zamanda bu layihə bütün dövlətlər - istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələr üçün nəzərdə tutulub. Burada söhbət bütün ölkələrdə pozitiv dəyişiklərin edilməsindən gedir. Burada ölkələrin üzərində həm iqtisadi, həm də həyat səviyyəsi parametrlərinin yaxşılaşdırılması, ümumi mənzərəninin dəyişdirilməsi öhhdəlikləri qoyulub. Burada bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən ekoloji tarazlığı təmin etmək üçün əlverişli mühitin yaradılması, genderlə bağlı və insan haqları probleminin daha da təkmilləşdirilməsi məsələləri öz yerini tutub”.
Ə. Əhmədov söyləyib ki, layihəyə əsasən hazırda daha geniş işlərin həyata keçirilməsi nəzərdə tutulub.
“Azəbaycan da öz üzərinə mühüm öhdəliklər götürüb və 15 il ərzində üzərimizə götürdüyümüz istiqamətlər üzrə mühüm addımlar atılmalıdır. Layihəyə əsasən 17 məqsəd üzrə 169 hədəf müəyyənləşib. BMT ölkələrdə bu istiqamətdə görülən işləri nəzarətə götürüb”.
Baş nazirin müavini qeyd edib ki, sözügedən proqrama qoşulan ölkələr və dövlətlərin öz üzərinə götürdüyü öhdəliklərin əsas mahiyyəti bütün sahələrdə həyata keçirdiyi milli strategiyanı bu layihəyə uyğunlaşdırmaqdır.
“Bununla həm ölkələrin milli inkişafı təmin olunacaq, həm də dünyanın transformasiyası ilə bağlı məqsədə nail olunacaq. Azərbaycanın layihə çərçivəsində üzərinə düşən öhdəliklərlə bağlı ciddi addımlar atılır. Azərbaycan hökuməti bu layihəyə kifayət qədər ciddi yanaşır. Bu məqsədlərin həyata keçirilməsi üçün Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Bu Şuraya yüksək statusa malik olan şəxslər müəyyənləşdirilib. Azərbaycan hökuməti layihənin həyata keçirilməsinə həssaslıqla yanaşır. Hazırda Azərbaycan hökuməti Milli İnkişaf Strategiyamızın ayrı-ayrı göstəricilərini bu layihəyə uyğunlaşdırması istiqamətində ciddi işlər aparır. Bununla bağlı bütün dövlət qurumlarına tapşırıqlar da verilib”.
Ə. Əhmədov əlavə edib ki, proqramdan irəli gələn məqsədlərdən biri cəmiyyətin, bütün təbəqələrini, qurumları dayanıqlı inkişaf məqsədləri ilə bağlı həyata keçirilən tədbirlərə cəlb etməkdir.
“Montorinq və aşkarlıq prosesində onlardan istifadə edilməlidir. Bildiyiniz kimi parlamentin cəmiyyətdə, bütövlükdə dövlətin içərisində rolu və əhəmiyyəti bu qurumun Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı tədbirlərin iştirakında yaxından iştirak etməsinə şərait yaradır. Ölkədə baş verən proseslər Milli Məclis tərəfindən qəbul edilən qanunlar əsasında həyata keçirilir.
Lakin qanunlarda Dayanıqlı İnkişaf Məqsədləri nə dərəcədə nəzərə alınır, bu sahəyə büdcədən nə dərəcədə vəsait ayrılır - bu bağlı müzakirələrin aparılması mühümdür. Lakin əsas məsələ müzakirələrin aparılması deyil, sonrakı mərhələdə nəticələrin əldə edilməsidir. Mən inanıram ki Azərbaycan hökuməti ilə parlamentin bu istiqamətdə əməkdaşlığı kifayət qədər uğurlu olacaq. Bugünkü müzakirələr bu məsələlərin müxtəlif aspektlərinə həsr olunacaq”.