Türkiyədən Azərbaycana gələn sərnişin avtobusu Qarsda aşıb.
Modern.az-ın Türkiyə KİV-nə istinadən məlumatına görə, qəza nəticəsində 30 nəfər xəsarət alıb.
Hadisəyə səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.
Yaralıların əksəriyyətinin Naxçıvandan olduğu deyilir. Onlar Sarıqamış və Qarsdakı xəstəxanalara yerləşdirilib.