Modern.az

Elçibəyin oğlundan Ayaz Mütəllibova CAVAB: “Düşmən deyilik ki!..”  

Elçibəyin oğlundan Ayaz Mütəllibova CAVAB: “Düşmən deyilik ki!..”   

Aktual

25 Dekabr 2017, 15:45

Azərbaycanın sabiq dövlət başçısı Ayaz Mütəllibov mərhum eks-prezident Əbülfəz Elçibəyin ailəsi ilə bir araya gəlməsi ideyasından danışıb.

Modern.az-a açıqlamasında A.Mütəllibov belə deyib: “Belə suallar çox verirlər: Niyə eks-prezidentlərin ailəsi olaraq görüşmürsüz? Düzü, bu məsələdə heç bir tərəf addım atmayıb. Kimsə tərəfindən təşəbbüs də göstərilməyib. Xaricdə eks-prezidentlərin qurumu mövcuddur. Əslində, bu qurumun əhəmiyyəti çox yaxşıdır. Eks-prezidentlər bir araya gəlir, fikir mübadiləsi aparırlar. Amma ailə görüşləri olmur. Mən belə görüşlərdə iştirak etməmişəm. Amma ailə üzvləri ilə görüşmək istəyərəm”.

Mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev Modern.az-a açıqlamasında hər hansı təşəbbüs olarsa, bir araya gəlməkdən imtina etmədiyini bildirib.

“Heç vaxt eks-prezident ailəsi olaraq qarşı tərəfin ailəsi ilə görüşmək arzum olmayıb. Amma kimsə təşəbbüs göstərərsə, eks-prezidentlərin ailəsi ilə görüşərik. Kiminləsə ədavətim yoxdur. Görüş lazım olarsa, kimsə belə bir ortam təşkil edərsə, mən də qatılaram. Eks-prezidentlərin ailəsi bir-birilə düşmən deyil ki!”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər