Modern.az

MDB dövlət başçılarının qeyri-rəsmi sammitinin gündəliyini açıqlandı

MDB dövlət başçılarının qeyri-rəsmi sammitinin gündəliyini açıqlandı

Aktual

26 Dekabr 2017, 14:32

MDB dövlət başçılarının qeyri-rəsmi sammiti 2017-ci ilin yekunlarını müzakirə etmək üçün yaxşı imkandır.

 

Modern.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün Moskvada keçiriləcək MDB dövlət başçılarının qeyri-rəsmi görüşü barədə deyib.

 

O qeyd edib ki, sammit zamanı Rusiyanın builki MDB sədrliyinin yekunları müzakirə olunacaq.

 

Peskovun sözlərinə görə, daha sonra prezidentlərin qeyri-rəsmi görüşü keçiriləcək və dövlət başçıları müzakirələri qeyri-rəsmi formatda davam etdirəcək.

 

Qeyd edək ki, bu gün Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək.

 

Görüşdə müxtəlif sahələrdə münasibətlərin gələcək inkişaf məsələləri müzakirə olunacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər