Modern.az

Qarabağ əlilləri, veteranlar və şəhid ailələri üçün tədbir keçirilib

Qarabağ əlilləri, veteranlar və şəhid ailələri üçün tədbir keçirilib

Aktual

26 Dekabr 2017, 14:49

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin təşəbbüsü ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə çıxış edən qurumun sədri Mehdi Mehdiyev müharibə əlilləri, veteranlar və şəhid ailələrinə göstərilən dövlət qayğısından, onları narahat edən məsələlərdən söz açıb.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, Prezident Administrasiyasının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rasim Mirzəyev və başqaları müharibə statuslu insanlara dövlət qayğısından danışıblar və bu qayğının həmişə ölkə başçısının diqqət mərkəzində olcağına inandıqlarını bildiriblər.

Onlar həmçinin tədbir iştirakçılarını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təbrik ediblər.

Sonda il ərzində fərqlənənlər təltif ediliblər.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər