Modern.az

Mətbuat Şurası 3 KİV-i “əfv etdi”

Mətbuat Şurası 3 KİV-i “əfv etdi”

Aktual

26 Dekabr 2017, 17:01

Bu gün Azərbaycan Mətbuat Şurasının «apellyasiya qrupu»nun iclası keçirilib. Qrupun rəhbəri, MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə gündəlikdə duran məsələlər barədə məlumat verib.

 

Modern.az-ın məlumatına görə, V.Rəhimzadə iclasda bildirib ki, qrup üzərində Şuranın xəbərdarlıq qərarı olan 3 kütləvi informasiya vasitəsi ilə bağlı məsələləri müzakirə edəcək. Bunlar “Azpolitika.info” və “Rubrika.az” saytları və “Hürriyyət” qəzetidir.

 

İclasda həmçinin məlumat verilib ki, xəbərdarlıq qərarının çıxarılmasından sonrakı müddətdə bu KİV-lərlə əlaqədar Mətbuat Şurasına hər hansı şikayət məktubu daxil olmayıb. Bu cəhət nəzərə alınaraq “Azpolitika.info”, “Rubrika.az” saytları və “Hürriyyət” qəzeti ilə bağlı çıxarılmış qərarlardakı xəbərdarlıqların onlar üzərindən götürülməsinə dair rəyə gəlinib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər