Rusiyanın Sankt-Peterburq şəhərində həyətlərin birində mavi qar yağıb və bu hal yerli sakinlərdə təşviş doğurub.
Virtualaz.org “İnterfaks”a istinadən xəbər verir ki, hadisə yerinə gəlmiş mütəxəssislər yağan mavi qar nümunələrini götürərək analiz aparılması üçün laboratoriyaya təqdim ediblər.