Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə "İlin tələbəsi" adlı tədbir keçirilib.
Modern.az xəbər verir ki, bu gün Bakı Biznes Mərkəzində keçirilən tədbirdə 2017-ci tədris ili ərzində ən yaxşı fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatları və təşkilatların fəal tələbələri mükafatlandırılıblar. Belə ki, 2017-ci tədris ili ərzində Azərbaycan Dövlət İqtisad Universitetinin və Bakı Humanitar Kollecinin Tələbə Gənclər Təşkilatları təltif olunublar. Region təhsil müəssisələri arasında isə cari tədris ilində fərqləndiyinə görə Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı təltif olunub. Tədbirdə, həmçinin, Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin artırılmasında göstərdikləri xüsusi dəstəyə görə bir sıra dövlət qurumlarına, QHT-lərə və KİV nümayəndələrinə də ATGTİ tərəfindən mükafatlar təqdim olunub.
Tədbirin sonunda isə cari il ərzində ictimai və elmi fəaliyyətinə görə "İlin tələbəsi" nominasiyası üzrə mükafat təqdim olunub. Dövlət rəsmilərinin də iştirak etdiyi tədbirdə ATGTİ-nim üzvü olan bütün ali və orta ixtisas təhsili müəssisələrinin TGT rəhbərlərinin, keçmiş TGT sədrlərinin, könüllü gənclər iştirak edib.