Modern.az

Yeni il gecəsi metro səhərədək fasiləsiz işləyəcək

Yeni il gecəsi metro səhərədək fasiləsiz işləyəcək

26 Dekabr 2017, 22:24

2017-ci il dekbarın 31-dən 2018-ci il yanvarın ilk günü Moskva metrosu bütün sutka ərzində fasiləsiz işləyəcək. Modern.az “Trend”ə istinadən xəbər verir ki, bu barədə Moskvanın meri Sergey Sobyanin bildirib:

 

"Moskva metrosu sakinlərə və qonaqlara gücləndirilmiş rejimdə fasiləsiz xidmət göstərəcək".

 

Qeyd edək ki, dekabrın 31-də Bakı Metropoliteninin bütün stansiyalarında da iş qrafiki dəyişəcək.

 

Belə ki, həmin gecə metro stansiyaları saat 01:00-a kimi işləyəcək. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bilidirb: "Bu, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Dənizkənarı Milli Parkda təşkil olunacaq atəşfəşanlıqdan sonra sakinlərin rahat mənzil başına çatması məqsədi daşıyır. Sadəcə, sərnişinlərdən xahiş edirik ki, sakinlər "Sahil" stansiyasının bağlı olduğunu nəzərə alsınlar. Metrodan istifadə edəcək sərnişinlər "28 may" və "İçərişəhər" stansiyalarına üz tuta bilərlər".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər