Modern.az

İtən alpinistlər ən təhlükəli marşrutla gediblər

İtən alpinistlər ən təhlükəli marşrutla gediblər

27 Dekabr 2017, 15:08

“Mən yay aylarında həmin marşrut üzrə hərəkət etmişəm. Qışda həmin marşrutu getmək məqsədəuyğun deyil”

 

Bunu “Qafqazinfo”ya açıqlamasında təcrübəli alpinist Firuz Dadaşov həmkarlarının itkin düşməsindən danışarkən deyib. O bildirib ki, həmin marşrut xətti onların təcrübəsinə uyğun deyildi:

 

“Fəridə Cəbrayılzadənin dağlarda ümumiyyətlə təcrübəsi azdır. O cümlədən Babur Hüseynovun da. Aralarında Namin Bünyatov onlardan təcrübəlidir.  Həmin istiqamətdə 3 zirvə var.

 

Ən hündürü “Tufan” zirvəsidir. Məsləhətçilərinin dediyinə görə, ən çətin xətt olan 3 B marşrutu üzrə hərəkət ediblər. Qışda ora gedən adam diqqətli olmalıdır.  Birinci təhlükə  qar uçqunun olmasıdır.  Sonra  o dağda çatlar və çox möhkəm buz qatı olur. Əgər lazımı ləvazimatlar yoxdursa o buzla getmək çətindir. Donvurma da ola bilər.  Ora şimal tərəfdir. Gün şüalarının az düşdüyü yerdir.

 

 

Mən indi xaricdəyəm. Əgər orda olsaydım, axtarışlarda iştirak edərdim. Çünki o marşrutu yaxşı bilirəm”. 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər