Modern.az

Obama: "İndi yuxudan gec oyanıram, prezident olanda isə..."

Obama:

Aktual

27 Dekabr 2017, 15:40

Barak Obama ABŞ-ın prezidenti postundan getdikdən sonra səhərlər doyunca yatdığı üçün məmnun olduğunu deyib.

 

Trend-in məlumatına görə, bu barədə o, Britaniya şahzadəsi Harriyə müsahibəsində deyib.

 

B.Obama əlavə edib: "Gec yuxudan dururam. Bütün günümü özüm üçün planlaşdırmaq gözəl bir şeydir, prezident olanda iş qrafikim sıx idi. İndi rahat yuxudan dururam və qərar verirəm günümü necə keçirəcəm".

 

ABŞ-ın sabiq prezidenti həm də yuxudan oyanandan sonra həyat yoldaşı ilə 45 dəqiqə rahat söhbət edə bildiyi üçün məmnun olduğunu qeyd edib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər