Modern.az

Vəkili Rəhim Qazıyevlə görüşüb, apellyasiya şikayəti verir

Vəkili Rəhim Qazıyevlə görüşüb, apellyasiya şikayəti verir

Aktual

27 Dekabr 2017, 15:53

Vəkil Zibeydə Sadıqova bu gün, dekabrın 27-də Binəqədi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Təcridxanasında keçmiş müdafiə naziri Rəhim Qazıyevlə görüşüb.

Modern.az "Azadlıq" radiosuna istinadən xəbər verir ki, bu barədə vəkil Z.Sadıqova özü danışıb. Onun deməsinə görə, R.Qazıyev İnzibati Xətalar Məcəlləsinin 510.1 maddəsi ilə saxlanıb:

«Bu, xırda xuliqanlıq deməkdir. Nərimanov Rayon Məhkəməsinin qərarına görə, R.Qazıyev telefonla hündürdən danışarkən ünvansız söyüş söyürmüş və buna görə inzibati cəza alıb. Ona 10 sutka verilib».

Vəkil deyib ki, R.Qazıyev səhhətindən şikayət etməyib və cəza müddəti 2018-ci il yanvarın 5-də bitir.

Müdafiə tərəfi ittihamla razılaşmır. Vəkil bu gün, dekabrın 27-də Nərimanov Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcəyini bildirib:

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər