Modern.az

Evi qarət edən tutuldu

Evi qarət edən tutuldu

Aktual

27 Dekabr 2017, 17:44

Qeyri-aşkar şəraitdə törədilmiş oğurluq cinayətlərinin açılması istiqamətində daxili işlər orqanları tərəfindən uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

DİN mətbuat xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, dekabrın 22-də Qusar rayonunun Hil kənd sakini  Seyfəddin Rəhmanov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək evindən oğurluq edilməsi barədə məlumat verib.

 

RPŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli  bilinən əvvəllər məhkum olunmuş həmin kənd sakini Zamir Zalov saxlanılaraq polis şöbəsinə gətirilib.

 

Dindirilmə zamanı Z.Zalov cari ilin noyabr ayının əvvəlində gecə saatlarında həmkəndlisi həmin evdə heç kəsin olmadığı müddətdə pəncərədən evə daxil olmasını, oradan qızıl-zinət əşyalarını, 50 manat pul və istifadə olunmuş mobil telefon oğurladığını etiraf edib. Həmin əşyaların bir qismi maddi sübut kimi götürülüb.

 

Faktla bağlı Qusar RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər