"Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) xətti ilə indiyədək verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
AİF-dən Modern.az-a verilən məlumata görə, fondun xətti ilə 21 min 155 ipoteka krediti verilib.
“Azərbaycan İpoteka Fondu”nun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 936 milyon 070 min 248 manatdan çoxdur.