Modern.az

“Xoşbəxtliyin formulu” adlı seminar keçirilib

“Xoşbəxtliyin formulu” adlı seminar keçirilib

Aktual

26 Dekabr 2017, 18:00

İnsanların həyatları boyu əldə etmək üçün uğrunda mübarizə apardıqları “xoşbəxtlik” məfhumu seminar mövzusu oldu. Belə ki, bütün dünyanı ağuşuna alan iqtisadi böhranla mübarizə şəraitində insanları maddiyyatdan daha çox mənəvi - dincliyə, psixoloji qələbəyə yönləndirmək və ümumilikdə mötivasiya etmək məqsədilə bu günlərdə Central Park oteldə “Xoşbəxtliyin formulu” adlı seminar keçirilib.

 

Modern.az  xəbər verir ki, publisist yazar Rübabə Sahibin moderatorluğu ilə həkim-terapevt, psixoterapevt Afət Əsgərzadənin təqdimatında keçirilən seminarda 40 nəfərə yaxın qonaq iştirak edirdi.

 

Moderator Rübabə Sahib tədbiri açıq elan edərək, öncəliklə motivə edici seminarların əhəmiyyətindən danışdı.

Daha sonra təlimçi Afət Əsgərzadə də iştirakçıları salamlayıb, bayram təbriklərini dilə gətirdi. Seminarda xoşbəxtliyi əldə etməyin yolları, və qızıl qaydaları, xoşbəxtlik hormonlarımızı tarazlamağı və beləliklə, sağlam qalmağın mümkünlüyü, eləcə də xoşbəxtliyin iqtisadi, sosial, dini- kultural əsasları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verildi.

Media nümayəndələrinin də iştirakı ilə 3 saat davam edən seminar psixo-nevroloji konsultasiya, Kofe-breyk, lotoreya yarışı, maraqlı hədiyyələrlə yadda qaldı.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər