Modern.az

Bakının mərkəzində ağır qəza

Bakının mərkəzində ağır qəza

28 Dekabr 2017, 20:56

Bakının mərkəzində ağır yol qəzası baş verib. Modern.az Lent.az-a istinadən xəbər verir ki, Üzeyir Hacıbəyli və Rixard Zorge küçələrinin kəsişməsində 1991-ci il təvəllüdlü İbrahimov İlkin Vahid oğlunun idarə etdiyi "Audi" markalı, 10 FC 010 dövlət qeydiyyat nişanlı avtomobil ilə 1986-cı ildə anadan olmuş Quliyev Əbülfəz Nurəddin oğlunun sürdüyü 90 UG 017 nömrə nişanlı “Hyundai” toqquşub. Nəticədə Ə.Quliyevin avtomobilində olan həyat yoldaşı, 1991-ci il təvəllüdlü Quliyeva Suada Rövşən qızı, 1971-ci il təvəllüdlü Həsənova Venera Fərhad qızı və 1997-ci il təvəllüdlü Qafarova Səbinə Siyavuş qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Yaralılar qəzanın baş verdiyi yerin yaxınlığındakı “Mediclub” xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Səbail rayon Polis İdarəsində araşdırma aparılır.  

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu