Bu gün prezident İlham Əliyevin sərəncamı ilə millət vəkili Flora Qasımova “Şöhrət” ordeni ilə təltif edilib. Modern.az xəbər verir ki, Flora Qasımova Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Flora Qasımova 122 saylı Xankəndi seçki dairəsindən millət vəkili seçilib. O, Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin xanımıdır.