Modern.az

Təbriz  Universiteti Azərbaycanda filial açacaq

Təbriz  Universiteti Azərbaycanda filial açacaq

Aktual

29 Dekabr 2017, 00:56

"Təbrizin Azad İslam Universiteti Azərbaycanda filial açacaq". Modern.az APA-ya istinadən xəbər verir ki, bunu İranın Şərqi Azərbaycan əyaləti üzrə  Azad İslam Universitetin rektoru Əziz Cavanpur  bu gün keçirdiyi mətbuat konfransında bildirib.

 

Ə. Cavanpur universitetin İranın Azərbaycandakı səfiri və bu sahənin məsul şəxsləri ilə bu haqda danışıqlar apardığını bildirib: “Universitet müxtəlif ixtisaslar, xüsusi ilə tibb ixtisasları üzrə  tələbələr qəbul edəcək”.

 

 Qeyd edək ki,  Azad İslam Universiteti  İranın ən böyük  universitetlərindən biridir. Universitet 1982-ci ildə  İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncani tərəfindən təsis olunub.

 

Universitetin rektoru  Fərhad Rəhbər və rəyasət heyətinin sədri Əli Əkbər Vilayətidir. Azad İslam Universitetin İngiltərə, BƏƏ, Livan və Əfqanıstanda filialları fəaliyyət göstərir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi