Modern.az

Yanvarda havalar necə olacaq? - Aylıq hava PROQNOZU

Yanvarda havalar necə olacaq? - Aylıq hava PROQNOZU

Aktual

29 Dekabr 2017, 12:54

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Modern.az-a verdiyi məlumata görə, yanvarayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxınolacağı gözlənilir.


Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çoxolacağı ehtimalı var.

 

Bakıda və Abşeron yarımadasında - Orta aylıq temperaturun 4-6 dərəcə isti (gecələr2-7 dərəcə isti,bəzi günlərdə 3 dərəcəyədək şaxta, gündüzlər 8-13, bəzi günlərdə 1-5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox(norma 18-28mm)olacağı gözlənilir.

 

Naxçıvan Muxtar Respublikasında - Orta aylıq temperaturun 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti (gecələr 5-10, dağlıq ərazilərdə 16-21 dərəcə şaxta, gündüzlər 7-12dərəcə isti, bəzi günlərdə0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 14-25 mm) olacağı gözlənilir.

  

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında - Orta aylıq temperaturun 1-4 dərəcə şaxta (gecələr 0-5, bəzi günlərdə 8-13dərəcə şaxta,gündüzlər 5-10dərəcə isti, bəzi günlərdə0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox(norma16-24 mm) olacağı gözlənilir.

 

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında - Orta aylıq temperaturun1-3 dərəcə isti (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 8-13dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 10-32mm) olacağı gözlənilir.

 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında - Orta aylıq temperaturun2 dərəcə şaxtadan 3 dərəcəyədək isti (gecələr 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti,bəzi günlərdə 7-12, yüksək dağlıq ərazilərdə 17-22 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma22-49mm) olacağı gözlənilir.

 

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında - Orta aylıq temperaturun 2-5dərəcə isti (gecələr0-5 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər10-15,bəzi günlərdə2-7dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma17-30 mm) olacağı gözlənilir.

 

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında -Orta aylıq temperaturun 2-6dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 0-5, dağlarda 10-15dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti)olacağı gözlənilir ki, bu da iqlim normasına  yaxın və 1 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 63-98 mm)olacağı gözlənilir.

 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu