Modern.az

Qiymətləndiricilər Cəmiyyəti Prezident Administrasiyasına müraciət edəcək

Qiymətləndiricilər Cəmiyyəti Prezident Administrasiyasına müraciət edəcək

Aktual

29 Dekabr 2017, 14:13

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsi ilə bağlı Prezident Administrasiyasına müraciət edəcək. Bununla bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin bu gün keçirilən iclasında  qərar qəbul edilib.


Modern.az xəbər verir ki, müraciətin əsas məqsədi 1999-cu ildə qəbul edilən və indiyə qədər heç bir düzəliş və əlavələr edilməyən “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunu yerli və beynəlxalq qiymətləndirmə standartlarına uyğun olaraq müasir tələblərə uyğunlaşdırmaqdır.


Təşkilatın iclasında həmçinin “Beynəlxalq Qiymətləndirmə Standartı İVS-2017” nəşrinin Azərbaycan dilinə tərcümə edilməsi ilə bağlı aparılan işlərin gedişatı müzakirə edilib.   


Həmçinin, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti tərəfindən qiymətləndirmə sahəsində fəaliyyət göstərən mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədilə “Yaşayış təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsi” mövzusunda keçirilməsi nəzərdə tutulan növbəti treninq kurslarına hazırlıqla bağlı İşçi Qrupun hesabatı dinlənilib və digər cari məsələlər müzakirə edilib.

Tədbirdə AQC-nin üzvü olan aparıcı qiymətləndirmə şirkətlərinin rəhbərləri və millət vəkili, professor Xanhüseyn Kazımlı iştirak edib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu