Modern.az

Bilal Əliyevə ağır itki: “Qardaşlarımın ikisi də 44 yaşında öldü”

Bilal Əliyevə ağır itki: “Qardaşlarımın ikisi də 44 yaşında öldü”

29 Dekabr 2017, 14:44

Xalq artisti Bilal Əliyevə ağır itki üz verib.

Modern.az AzNews.az-a istinadən xəbər verir ki, sənətkarın 44 yaşlı qardaşı Şöhrət Əliyev dünyasını dəyişib.

Bilal Əliyev məlumatı təsdiq edib: “Şöhrət çox sağlam idi, qəfildən beyninə qan sızdı. Bu gün onun 40 mərasimidir. Özüm bilərəkdən heç kəsə demədim, qışdır, soyuqdur, gəlib-getmək var, insanlara əziyyət verməyək. Hazırda Salyandayıq”.

Bilal Əliyev qeyd edib ki, bundan iki il əvvəl də daha bir qardaşı 44 yaşında dünyasını dəyişib: “Belə yazılıbmış, qardaşlarımın ikisi də 44 yaşında dünyasını dəyişdi”.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal