Modern.az

Yol qəzalarında xəsarət alanlar 3 faiz artıb

Yol qəzalarında xəsarət alanlar 3 faiz artıb

Aktual

30 Dekabr 2017, 12:08

Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlilov bu il Azərbaycanda yol-nəqliyyat hadisələri nəticəsində xəsarət alanların 3 faiz artdığını bildirib.

Modern.az xəbər verir ki, nazirlik rəsmisinin sözlərinə görə, 2017-ci il ərzində stansiyanın nəzdindəki 12 regional məntəqə və konsultativ bölmə 2590 nəfərə xidmət göstərib.

M.Cəlilov sanaviasiya xətti ilə regionlarda aparılmış cərrahi əməliyyatların sayının ötən illə müqayisədə 4 dəfə artdığını deyib. Belə ki, 2016-cı ildə 9, 2017-ci ildə 36 belə cərrahiyyə əməliyyatı aparılıb.

Baş həkimin sözlərinə görə, bu  il ərzində kritik vəziyyətdə olan 92 hamilə və zahıya 183 dəfə çağırış edilib.

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi