Modern.az

ANAMA mütəxəssisləri də alpinistlərin axtarışlarına qoşuldular

ANAMA mütəxəssisləri də alpinistlərin axtarışlarına qoşuldular

Aktual

30 Dekabr 2017, 12:48

"Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

Alpinistlərin axtarışları ilə bağlı Əməliyyat Qərarqahından Modern.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi, xüsusi təlim keçmiş itlər və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlarda iştirak edir.

Bu gündən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyin mütəxəsisləri (ANAMA) də (xüsusi təyinatlı avadanlıqlarla təhciz edilmiş) axtarışlara qoşulublar. Əlavə məlumat veriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi