Ötən gecə Astara rayonunda ümumi sahəsi 240 m2 olan birmərtəbəli kommunal tipli yaşayış evində, ümumi sahəsi 38 m2 olan 2 otaqlı mənzilə əlavə tikilmiş sahəsi 15 m2 olan köməkçi otağın yanar konstruksiyaları yanıb.
Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yanğından bitişik mənzil mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.