2018-ci il yanvarın 1-dən Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik Rusiyadan Tacikistana keçib.
Modern.az xəbər verir ki. MDB-nin icraçı katibi Sergey Lebedevin sözlərinə görə, Tacikstanın MDB-yə sədrliyi dövründə hərbi-texniki əməkdaşlığın və sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsinə səy göstərəcəyini bildirib. Terrorçuluq, ekstremizm və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəyə də xüsusi diqqət ayrılacaq.