Gəncə şəhərində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı atəşfəşanlıqla qarşılandı.
Modern.az xəbər verir ki, şəhər sakinləri və şəhərin qonaqları gecə saatları olmasına baxmayaraq, 2018-cı ili qarşılamaq üçün Gəncənin baş meydanına toplaşıblar. Burada bayram konserti də təşkil olunub.
Sonra 2018-cı ilin ilk qədəmləri Gəncədə atəşfəşanlıqla qarşılanıb.