2017-ci ildə Milli Məclisin 24 plenar iclası keçirilib. Modern.az-ın məlumatına görə, 2017-ci il ərzində 472 qanun və qərar qəbul edilib. . .
Parlamentin nümayəndə heyətləri il ərzində 50-dən çox ölkəyə 180-ə qədər səfər həyata keçirib. Deputatlar həmçinin Türkmənistanda keçirilən Prezident seçkilərini, Qazaxıstanda və Bolqarıstanda keçirilən parlament seçkilərini, Türkiyədə keçirilən referendumu müşahidə ediblər.
2017-ci ildə 65-dən çox xarici dövlətin və beynəlxalq təşkilatın 150-dən artıq nümayəndə heyəti Milli Məclisdə olub.
Azərbaycan parlamenti beynəlxalq təşkilatların xətti ilə 5 beynəlxalq tədbirə ev sahibliyi edib.