Modern.az

Sumqayıtda pirotexniki vasitələrdən 3 nəfər ağır xəsarət alıb

Sumqayıtda pirotexniki vasitələrdən 3 nəfər ağır xəsarət alıb

1 Yanvar 2018, 14:48

Bayram günü Sumqayıt şəhərində satışı qadağan olunmuş pirotexniki vasitələrdən istifadə nəticəsində 3 nəfər ağır xəsarət alıb.

"Report"un yerli bürosunun məlumatına görə, əl nahiyələrindən xəsarət alan şəhər sakinləri - 42 yaşlı Emin Ağayev, 38 yaşlı Elşad Əliyev və 47 yaşlı İlham Şəfqətov Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Həkimlərin dərhal müdaxiləsindən sonra Emin Ağayev və Elşad Əliyevin əli əməliyyat olunub. İlham Şəfqətovun vəziyyəti ağır olduğundan 2 barmağı amputasiya edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu