Braziliyanın Qoyas ştatındakı həbsxanada baş vermiş qiyam zamanı 9 məhbus həlak olub, 14 nəfər xəsarət alıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, həbsxanada qiyam iki cinayətkar qruplaşmanın davası ilə başlayıb.
Qiyam zamanı həbsxanada yanğın olub və penitensiar müəssisədən 106 cinayətkar qaçıb. Hazırda onların 29-u saxlanılıb. Digər qaçan 77 məhkumun tutulması üçün əməliyyatlara başlanılıb.