Modern.az

İsrail əsgərləri 12 fələstinlini həbs etdi

İsrail əsgərləri 12 fələstinlini həbs etdi

Aktual

2 Yanvar 2018, 12:48

İsrail ordusu Qərbi Şəriyə bölgəsində "terror hadisələrində iştirak edən" 12 fələstinlini həbs edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail ordusu yazılı açıqlama verib. Açıqlamada əlavə məlumat qeyd edilməyib.

 

İsrail qüvvələri həmçinin işğal olunmuş Qərbi Şəriyə və Şərqi Qüdsdəki evlərə tez-tez basqın edir, müxtəlif bəhanələrlə  fələstinliləri  nəzarət altına alır.

 

Fələstinli səlahiyyətlilərə görə, hazırda İsrail həbsxanalarında təxminən 300-ü uşaq olmaqla, 7 min fələstinli  var.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu