Modern.az

Everestə tək qalxmaq qadağan edildi

Everestə tək qalxmaq qadağan edildi

Aktual

2 Yanvar 2018, 15:03

Nepal, dünyanın zirvəsi hesab edilən Everest zirvəsinə tək qalxan alpinistlərə qadağa qoyub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb. Bildirilib ki, qəza sayını azaltmaq üçün alpinizm mövsümünün əvvəlində Everest də daxil olmaqla, ölkənin digər dağlarına təkbaşına qalxmaq qadağan edilib.

 

Turizm Nazirliyinin açıqladığı yeni qaydalara görə, görmə əngəllilər və iki ayağını itirənlər də dağlara qalxa bilməz. Bu qadağalar bir sıra peşəkar alpinistlərin və fiziki əngəlli şəxslərin tənqidinə səbəb olub.

 

Qeyd edək ki, 8848 metr yüksəkliyi olan Everestdə 1920-ci ildən etibarən 200-dən çox insan həyatını itirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək