Modern.az

Samuxda ağır qəza: 2 ölü, 2 yaralı

Samuxda ağır qəza: 2 ölü, 2 yaralı

Aktual

2 Yanvar 2018, 23:42

Samuxda ağır yol-nəqliyyat hadisəsi baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə-Sərkar yolunda baş verib. “QAZel” və “VAZ 21010” markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"-da olan 2 nəfər ölüb, 2 nəfər isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb.

 

Məlumata görə, qəzaya düşən şəxslərin yaxınları hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobilinə hücum ediblər. Maşının şüşələri sındırılıb, sürücü isə bədən xəsarətləri alıb.

 

 Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu