Modern.az

Deputatlar yanvarın 15-də qayıdacaqlar

Deputatlar yanvarın 15-də qayıdacaqlar

3 Yanvar 2018, 16:18

Milli Məclis (MM) deputatlarının tətili yanvarın 15-də başa çatacaq.

“Report”un xəbərinə görə, həmin tarixdən etibarən parlamentin komitələrinin iclasları keçiriləcək.

 

Fevralın 1-də isə (həftənin 4-cü günü) Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçiriləcək. Yaz sessiyası mayın 31-dək davam edəcək.

Xatırladaq ki, parlamentin sonuncu plenar iclası ötən ilin dekabrın 29-da keçirilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu