Dünya bazarında neftin qiyməti kəskin bahalaşıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu gün yüngül neftin qiyməti 1,14 dollar bahalaşaraq 61,51 dollara çatıb. “Brent” markalı neftin qiyməti isə 1,15 dollar bahalaşaraq 67,72 dollar olub. Bu, son 3 ilin ən yüksək qiymətidir.
Qeyd edək ki, ekspertlər neftin bahalaşmasını İranda baş verən aksiyalarla əlaqələndirir.