Xırdalan-Saray yolunda 2 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, yanvarın 3-də saat 18 radələrində Abşeron rayonunun Saray qəsəbəsində qəsəbə sakini Zamiq Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerliləri Oqtay Əzimovu və Rahil Bəndəliyevi vurub. Nəticədə piyadalardan O.Əzimov hadisə yerində ölüb, R.Bəndəliyev xəstəxanaya yerləşdirilib.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.