Modern.az

“Azərsu”:  “Meyit tapılan anbardan içməli su təchizatı aparılmır”

“Azərsu”:  “Meyit tapılan anbardan içməli su təchizatı aparılmır”

4 Yanvar 2018, 11:09

“Azərsu” ASC quruma məxsus anbarda meyit tapılması ilə bağlı iddialara cavab verib. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı Modern.az-a bildirib ki, anbar “Azərsu” ASC-nin balansında deyil:

“Anbardan əhalinin içməli su təchizatı aparılmır:

“Həmin anbardan Botanika bağının və Fəxri Xiyabanın suvarılması üçün istifadə edilir”.

1989-cu il təvəllüdlü Tretyakov Vasili Sergeyeviçin meyiti Botanika bağı ərazisindəki su anbarında tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. V. Tretyakovu meyiti aidiyyəti üzrə təhvil verilib. Onun əqli zəhətdən çatışmazlığı olub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu