Modern.az

Azərbaycanda 8 qat çempion bıçaqlandı - FOTOLAR

Azərbaycanda 8 qat çempion bıçaqlandı - FOTOLAR

Aktual

4 Yanvar 2018, 11:26

Azərbaycanda tanınmış idmançı bıçaqlanıb.


Modern.az femida.az-a istinadən xəbər verir ki, hadisə Ağcabədi rayonunda baş verib.Bıçaqlanan şəxs isə KEMPO idman növü üzrə 8 qat Azərbaycan çempionu və bir sıra beynəlxalq yarışların qalibi Ceyhun Niyazovdur.

 

Məlumata görə,hadisə Ceyhun Niyazova məxsus "CFC" çay evində baş verib. Gecə saatlarında çay evinin qarşısından keçən zaman kənar şəxsin içəridə olduğunu görən idmançı mübahisə zamanı bir neçə bıçaq zərbəsi alıb.

 

Yerli sakinlərin  verdiyi məlumata görə, idmançını bıçaqlayan şəxs Cəlil Əsədovdur.Onun narkomaniyadan əziyyət çəkdiyi qeyd olunur.

Xatırladaq ki, Ceyhun Niyazov KEMPO idman klubunun Ağcabədi filialının rəhbəri və baş məşqçisidir.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu