Modern.az

Belarus Rusiyadan quş əti idxalını dayandırdı - "quş qripi"nə görə

Belarus Rusiyadan quş əti idxalını dayandırdı - "quş qripi"nə görə

5 Yanvar 2018, 11:51

Belarus Rusiyanın Kostroma vilayətindən quş əti idxalını dayandırıb.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bu qərara səbəb vilayət ərazisində ev quşlarında "quş qripi"nin qeydə alınması olub.

 

Bildirilib ki, qərar yanvarın 5-dən başlayaraq qüvvəyə minir.

 

Bundan başqa, Kostromadan Belarusa yumurta, quş yemi və digər məhsulların idxalı qadağan edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu