Modern.az

Azercell-dən Yeni il kampaniyası

Azercell-dən Yeni il kampaniyası

Aktual

5 Yanvar 2018, 13:24

Yeni il ərəfəsində ölkənin mobil rabitə bazarının lideri Azercell Telekom MMC öz abunəçilərini, hər zaman olduğu kimi, yeni kampaniya ilə sevindirdi.

 

Şirkətdən Modern.az-a verilən məlumata görə, 28.12.2017-04.01.18 tarixlərində Park Cinema kinoteatrlarından bilet alan Azercell abunəçiləri Yeni İl hədiyyəsi olaraq pulsuz danışıq dəqiqələri və SMS-lər qazandılar.

 

Beləliklə, film seyr etməyə gələn Azercell abunəçiləri həm əylənib dincəldilər, həm də hədiyyələrə sahib oldular.

 

Azercell bundan sonra da öz abunəçilərinə yüksək keyfiyyətli xidmət göstərməklə yanaşı, mütəmadi olaraq xoş sürprizlər etməyə davam edəcək.

 

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz. 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu