Paytaxtın bir sıra yollarında sıxlıq var.
Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, hazırda paytaxtın H.Əliyev (şəhər mərkəzindən metronun “Koroğlu” stansiyası istiqamətində), Z.Bünyadov (hər iki istiqamətdə), Bülbül və M.Useynov prospektləri, Ü.Hacıbəyov, K.Rəhimov küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.