Uluslararası Aktivist Sanatçılar Birliyi Azərbaycan Təmsilçiliyinin təşkil etdiyi “Sedet ART Gallery”nin fəaliyyətinin 1 ili tamam olur. Modern.az xəbər verir ki, bu qısa zaman kəsiyində sözü gedən məkanda təkcə rəssamlar deyil, eyni zamanda şair – yazıçılarla musiqiçilər və digər sənət adamları ilə müntəzəm olaraq maraqlı görüşlər, kitab təqdimatları, sərgilər baş tutubdur. Bu kiçik sənət məbədi öz imkanları sayəsində sənətçilərin doğma məkanına çevrilib.
Bu mini – yubiley münasibəti ilə sözügedən məkanda “365 GÜN DOSTLARLA” adlı təntənəli mərasim keçiriləcək. Bu mərasimə bütün sənətsevərlər dəvətlidir. Qeyd edək ki, 7 yanvar 2018 – ci il saat 18:00 – da baş tutacaq sərginin açılışında rəssamlarla yanaşı, “Sedet” Rəsm kurslarında iştirak edən azyaşlı uşaqların da əl işləri sərgilənəcək.
“Sedet ART Gallery”nin və Rəsm kurslarının rəhbəri UASB Azərbaycan təmsilçisi Nəvai Metin bildirib ki, bir il ərzində kollektivin sevindirici və qürurverici işlərindən biri də rəssamlıq kursunun tələbələrinin artıq ali məktəblərdə təhsillərini davam etdirməsidir: “Bu qarışıq zamanda bu kiçicik töhfə də “Sedet ART Gallery” nin uğuru kimi dəyərləndirilməlidir. Əmin olun ki, buranı ziyarət etsəniz, əsla darıxmayacaqsınız və sərf etdiyiniz vaxta görə yalnız məmnunluq hissi keçirəcəksiniz. Bu istirahər məkanı 28 May küçəsində 86, Səməd Vurğun bağının yanındadır. Buyurun, gəlin və zövq alın!”.