Müsavat Partiyasının sədri Arif Hacılı olsa da, belə iddialar səslənir ki,faktiki rəhbərlik keçmiş başqan İsa Qəmbərdir.
Partiyanın başqan müavini Gülağa Aslanlı Modern.az-a açıqlamasında bildirdi ki, bu iddiaların heç bir əsası yoxdur:
“Müsavat Partiyasının başqanı Arif Hacılıdır, İsa Qəmbər deyil. Hal-hazırda onun faktiki rəhbər kimi fəaliyyət göstərdiyinə dair heç bir əsas yoxdur. İsa Qəmbər Müsavat Partiyasının 2018-ci ildə keçiriləcək prezident seçkilərində namizədidir. Qeyd etməliyik ki, İsa Qəmbər Müsavat Partiyasını bərpa edən şəxslərdən biridir. Amma bu o demək deyil ki, o faktiki rəhbərdir. Bu iddiaların heç bir təsdiqi, faktı,əsası yoxdur”.
Müsavat Partiyasından ayrılan “Ağ” Partiyanın sədri Tural Abbaslı Modern.az-a açıqlamasında bildirdi ki, bu iddialar heç də əbəs yerə səslənmir:
“Bu faktdır ki, İsa Qəmbərin nüfuzu Arif Hacılıdan daha güclüdür.Bunu heç kim dana bilməz. Ola bilər ki, İsa Qəmbər nüfuzundan istifadə etmiş olsun. Sözün düzü,düşünmürəm ki, Müsavat Partiyası cəmiyyətimiz üçün əvvəlki qədər maraqlı olsun”.
Əbülfəz Kərimov