Modern.az

Bakıda sərnişin avtobusu aşdı: 25 yaralı, Yenilənib

Bakıda sərnişin avtobusu aşdı: 25 yaralı, Yenilənib

6 Yanvar 2018, 19:51

Bakıda 175 saylı sərnişin avtobusunun dərəyə aşması nəticəsində 25 nəfər xəsarət alıb. Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu ərazisində, Zığ şosesində baş verib.

 

Qəza avtobusun sərt döngəyə yüksək sürətlə daxil olması nəticəsində qeydə alınıb. Bu zaman sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb. Nəticədə avtobusda olan sərnişinlərin demək olar hamısı xəsarət alıb. Onlardan 10 nəfərinə yerində ilkin tibbi yardım göstərilib, 15 nəfər 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlardan 13-ü böyük, ikisi isə azyaşlıdır.

 

Hələlik qəza zamanı ölüm hadisəsinin baş vermədiyi bildirilir.

 

Polisin məlumatına görə, avtobusda ümumilikdə 30 nəfər olub və qəza avtobus 28 May metrostansiyası yaxınlığından çıxıb Hövsan qəsəbəsi istiqamətində gedən zaman baş verib. Hadisə şahidləri sürücünün ərazidən qaçdığını bildiriblər.

 

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanıb.

 

 

18:02

 

Bakıda sərnişin avtobusu aşıb. APA-nın xəbərinə görə, hadisə Zığ şosesində baş verib. 175 nömrəli marşrut üzrə hərəkət edən avtobusun dərəyə aşması nəticəsində xəsarət alanların olduğu bildirilir. Xəsarət alanlar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

 

Hadisəyə səbəb kimi avtobusun yüksək sürətlə idarə edilməsi göstərilir.

 

Faktla bağlı araşdırma aparılır. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu