İngiltərənin “Vest Hem” klubunun qapıçısı Adrian San Miqel Premyer-liqanın 21-ci turunda “Tottenhem”ə qarşı oyunda klub yoldaşının başı ilə topu səhv salıb. Modern.az xəbər verir ki, bunu əks etdirən foto komandanın “Twitter” hesabında yayılıb.
Belə ki, oyun epizodlarında birində top yüksəkdən “Vest Hem”in cərimə meydançasına göndərilib. Adrian topu ələ keçirmək üçün irəli çıxanda komanda yoldaşı Şeyx Kuyatenin başını əli ilə tutub.
Adrian oyundan sonra deyib ki, sadəcə onun boynunu düzəltmək istəyib.
“Əgər siz oyunu izləmisinzsə, bir saniyə əvvəl əlimdə top olub, lakin Şeyx boynunu çevirməli idi, mən ona bunun üçün kömək etmişəm. Çox təəssüf ki, mən iki iş görməli oluram: qapını qoruyuram komanda yoldaşlarıma kömək edirəm”, - qapıçı zarafat edib.
Görüş heç-heçə - 1:1 başa çatıb.
“Vest Hem” 22 xalla 15-ci sıradadır. Beşinci sıradakı “Tottenhem”in 41 xalı var.
“Tottenhem” – “Vest Hem” oyunu əvvəlcə “Uembli” stadionunda dekabrın 31-nə planlaşdırılıb, lakin London derbisi təhlükəsizlik baxımından başqa vaxta keçirilmişdi.