Modern.az

Nyu York-Bakı reysi yubanır

Nyu York-Bakı reysi yubanır

Aktual

6 Yanvar 2018, 23:14

J2-101 Bakı-Nyu-York reysini yerinə yetirən AZAL aviaşirkətinə məxsus təyyarə hazırda Nyu-Yorkda hava limanının perronunda dayanıb və sərnişinlərin enməsi üçün mövcud qapı gözləyir. Modern.az xəbər verir ki, bu barədə aviaşirkət "Facebook" sosial şəbəkəsində məlumat yayılıb.

 

Buna səbəb şəhərdə olan əlverişsiz hava şəraiti və Con Kennedi Beynəlxalq Aeroportunda (JFK) yerüstü hava limanı xidmətlərində ləngimədir.

 

"Yaranmış vəziyyət ilə əlaqədar olaraq, J2-102 Nyu-York-Bakı əks reysi də yubanır", deyə aviaşirkət bildirir.

 

Uzun yubanmalar olduğu təqdirdə aviaşirkətin qaydalarına uyğun olaraq sərnişinlərin bütün lazımi ehtiyacları təmin olunacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu