Modern.az

Azərbaycanlıları Türkiyəyə aparan avtobus yandı

Azərbaycanlıları Türkiyəyə aparan avtobus yandı

8 Yanvar 2018, 00:56

Gürcüstanın Rustavi şəhəri yaxınlığında Azərbaycandan Türkiyəyə gedən sərnişin avtobusunda yanğın baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, avtobusda olan 50-yə yaxın sərnişin avtobusu vaxtında tərk edə bilib.  Yanğın nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Hadisə yerinə cəlb olunmuş yanğınsöndürmə briqadası yanğını söndürüb. Yanğının hansı səbəbdən baş verməsi məlum deyil.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu