Modern.az

Qarabağda 2 erməni əsgər minaya düşdü

Qarabağda 2 erməni əsgər minaya düşdü

9 Yanvar 2018, 12:35

Dağlıq Qarabağda iki erməni əsgər minaya düşüb.

 

Modern.az  “Novosti Armeniya”ya istinadən xəbər verir ki, hadisə yanvarın 4-də baş verib.

 

Ancaq hadisə barədə rəsmi məlumat bu gün yayılıb. Yaralanan hərbçilər Xankəndindəki hospitala yerləşdirilib. Hər iki əsgərin ayağı amputasiya olunub.

 

Ötən gün onlardan birini Yerevandakı Müdafiə Nazirliyinin Mərkəzi Klinik Xəstəxanasına aparılıblar. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu